XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi vaxt bilindi
Ekonomiks11:11 13.08.2026

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi vaxt bilindi

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:

"Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək".

Xatırladaq ki, yeni yerüstü stansiya metronun "yaşıl" xəttinin "Dərnəgül" deposunda yerləşir.

Qeyd edək ki, hazırda Bakıda "Bakmil" və "Xocəsən" yerüstü metro stansiyaları fəaliyyət göstərir.