XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda mağazada başlayan yanğın evlərə keçib
Ölkə08:52 13.08.2026

Bakıda mağazada başlayan yanğın evlərə keçib

Bakıda mağazada başlayan yanğın evlərə keçib.

"Report" xəbər verir ki, hadisə 28 may küçəsində qeydə alınıb.

Belə ki, obyektə qeydə alınan alov qısa müddət sonra ətrafdakı evlərə keçib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

Digər mənzillərdə yaşayan sakinlər təxliyə edilib. Yanğın qısa müddətdə söndürülüb.

Bir nəfər sakin tüstüdən zəhərlənib və hospitalizasiya olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.