Ukrayna Rusiya Federasiyası ərazisində dron kampaniyasını həyata keçirərkən üç əsas məqsədi güdür. Ukrayna ordusu Rusiya hakimiyyətini rahatlığını pozmağa çalışır.
Qaynarinfo-nun
xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov qeyd edib ki, kamikadze pilotsuz uçuş aparatlarının yeni kütləvi hücum kampaniyasının üç əsas məqsədi var:
- rus hava hücumundan müdafiə sistemini tükəndirmək;
- hərbi nəqliyyat və bombardmançıları sıradan çıxarmaq;
- hərbi istehsal obyektlərinə ziyan vurmaq, məsələn, Moskvanın şimalındakı Tver vilayətində raket yanacağı zavodunu hədəf alan son əməliyyatda olduğu kimi.
"Biz onların rahatlığını əllərindən almaq istəyirik", - Baş Kəşfiyyat İdarəsinin rəhbəri The Economist-ə müsahibəsində deyib.
Eyni zamanda o, dron hücumlarının ikinci dərəcəli məqsədinin psixoloji olduğunu, əhalinin narahatlığına səbəb olduğunu və Rusiya daxilində normal iqtisadi prosesləri pozduğunu diqqətə çatdırıb. Məsələn, Sankt-Peterburq və Moskvada iri hava limanlarının bağlanması demək olar ki, hər gün baş verən hadisəyə çevrilib.
Alpər
Şərhlər