Xəbər lenti

İdman 15:46 21.09.2023

"Çelsi"yə 400 milyonluq sərmayə yatıracaq şirkət hansıdır?

İngiltərə Premyer Liqası nəhəngi "Çelsi"yə 400 milyon funt-sterlinq sərmayə qoyulacaq.

Qaynarinfo-nun məlumatına görə, klub bu maliyyəni yeni stadion və digər layihələr üçün istifadə etməyi planlaşdırır. 

Premyer Liqada mövsümə istədiyi kimi başlaya bilməyən "Zadəganlar"a dəstəyi ABŞ mərkəzli investisiya şirkəti "Ares Management" verəcək. "Telegraph"da yer alan xəbərdə London təmsilçisinin adıçəkilən şirkətlə yanaşı, daha bir neçə sərmayəçi ilə görüşdüyü və kluba 400 milyon funt-sterliqn dəyərində investisiya qoyulacağı qeyd edilib.

"Çelsi" yeni stadionunun tikintisini 1,5 milyard funt-sterlinq xərclə başa çatdırmağı hədəfləyib. Bundan əlavə, London klubunun "Mançester Siti”yə bənzər birdən çox komandanın yer aldığı layihəni həyata keçirmək istədiyi bildirilib.

Bu yaxınlarda İngiltərə mətbuatında gedən xəbərlərdə "Çelsi"nin sahibi Todd Beylinin rəhbərlik etdiyi şirkətin Portuqaliyadan komanda almaq istədiyi iddia edilmişdi

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->