Dünya 15:45 31.07.2022

Çin hədələdi, Nensi Pelosi Tayvana səfərdən imtina etdi

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ofisi bu gün başlayacaq Asiya ölkələrinə planlaşdırılan səfərinin təfərrüatlarını açıqlayıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumatda onun Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfər edəcəyi deyilir. Bundan əvvəl spikerin Tayvana da səfər etməyi planlaşdırdığı deyilsə də, rəsmi məlumatda bu barədə heç bir söz deyilmir.

Ötən həftə rəsmi Pekin sərt xəbərdarlıq edərək, Nensi Pelosi Tayvana ayaq basacağı halda, Çinin cavabının həddindən artıq kəskin və peşmanedici olacağını elan etmişdi.

Qeyd edək ki, son 25 ildə heç bir yüksək səviyyəli ABŞ rəsmisi Pekinə səfər etməyib.

M.Arif