İdman 09:20 03.08.2022

DÇ-2002-dən bəri hələ də karyeralarını davam edirən futbolçular

2002-ci ildə keçirilən dünya çempionatı mundialların içində fərqlənirdi. Ulduzlar toplusunun, indi də oyununu görmək istədiyimiz bir çox məşhur simaların olduğu turnirin finalında Braziliya millisi almanları 2:0 hesabı ilə məğlub edərək 5-ci dəfə dünyanın ən güclüsü adını qazandı. Bundan başqa həmin mundialda bir çox futbolçular azarkeşlərin ürəyində iz buraxdı. Ancaq daha maraqlı məqam bilirsiniz nədir? 2002-ci ilin dünya çempionatında oynayan bəzi futbolçular var ki, hələ də karyeralarını davam etdirirlər.

Qaynarinfo həmin futbolçuların adlarını təqdim edir:

Canluici Buffon
 


Canluici Buffon 2002-ci il Dünya Kubokunda İtaliya yığmasının dörd oyununda iştirak edib. O, hazırda peşəkar karyerasına başladığı, B Seriyasında çıxış edən "Parma"da forma geyinir.

Roke Santa Kruz
 


Kruz 2002-ci il Dünya Kubokunda Paraqvayın keçirdiyi dörd matçın hamısında forma geyinib. O, hazırda ölkəsinin klubu "Libertad"da oynayır.

Xoakin
 


Xoakin İspaniya yığmasının heyətində 2002-ci il Dünya Çempionatının qrup mərhələsində Cənubi Afrika Respublikası ilə matçda, həmçinin Cənubi Koreya ilə 1/4 finalda çıxış edib. O, hazırda La Liqa təmsilçisi "Betis"də oynayır.

Zlatan İbrahimoviç
 


Zlatan İbrahimoviç 2002-ci ildə DÇ-nin qrup mərhələsində Argentinaya qarşı keçirilən oyunda İsveç millisinin heyətində çıxış edib, həmçinin Seneqala qarşı 1/8 final matçında da meydanda olub. O, hazırda A Seriyası təmsilçisi "Milan"da oynayır.

Yuniçi İnamoto
 


İnamoto 2002-ci ildəki mundialda Yaponiyanın keçirdiyi 4 matçın hər birində iştirak edib. Hazırda ölkəsinin təmsilçisi "Nankatsu SC”da çıxış edir.

Bartolomey Oqbeçe
 


Bartolomey Oqbeçe DÇ-2002-nin qrup mərhələsi çərçivəsində Nigeriya yığmasının heyətində Argentina və İsveçə qarşı çıxış edib. O, hazırda Hindistanın "Hiderabad” klubunda çıxış edir.

Ostin Eyide
 


Eyide də DÇ-2002-də Nigeriya millisinin heyətində idi. Lakin turnirdə onun xidmətindən istifadə olunmadı. Yığmanın sabiq qapıçısı hazırda klubsuzdur.

Səbuhi Həsənov