Xəbər lenti

DÇ-2026: Meksika və CAR tarixi uğura imza atdı
İdman 08:36 25.06.2026

DÇ-2026: Meksika və CAR tarixi uğura imza atdı

Futbol üzrə dünya çempionatında Meksika Çexiya yığmasına qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyiblər.

Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves, 6 dəqiqə sonra isə Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.

Qrupdakı 3 görüşünü də qələbə ilə başa vuran Meksika 9 xalla A qrupunu lider tamamlayıb. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.

Bu nəticə ilə Meksika millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb. Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsindəki bütün görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.
 
Qrupun digər oyununda Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib. Monterrey stadionunda keçirilən A qrupunun III turunun matçında Afrika təmsilçisi minimal hesablı (1:0) qələbə qazanıb.

63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.

Bu qalibiyyət sayəsində CAR xallarının sayını 4-ə çatdıraraq qrupdan çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vuran Kanada seçməsi olacaq.
 
 

--> -->