Xəbər lenti

Dövlət qurumlarına 4 milyondan çox kiberhücumun qarşısı alındı
phrase_var_qaynar. 11:28 20.07.2026

Dövlət qurumlarına 4 milyondan çox kiberhücumun qarşısı alındı

Virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan artıq şəbəkə trafiki dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) 2026-cı ilin ilk 6 ayının yekunlarına dair hesabatında qeyd olunub.

Məlumatda bildirilir ki, "AzStateNet" şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik sistemləri vasitəsilə URL əsaslı 8,5 milyona yaxın təhlükəli keçid bloklanıb.

Bundan başqa, son istifadəçilərin qorunması məqsədilə ümumilikdə 2,5 milyona yaxın kibertəhdid zərərsizləşdirilib ki, bunun da 700 mindən çoxu mərkəzləşdirilmiş antivirus sistemi ilə ləğv edilib. Həmçinin "Sandbox" mühafizə sistemi tərəfindən 64 mindən artıq zərərverici tərkibli fayl aşkarlanaraq zərərsizləşdirilib.

Hesabat dövründə dövlət elektron poçt xidmətində 8 milyondan artıq e-məktub emal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Emal edilən e-poçtların 5,7 milyonu istifadəçilərə təhlükəsiz şəkildə çatdırılıb, 2,6 milyondan çoxu isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->