Xəbər lenti

Dövlət Xidməti protokol yazdı, şirkət rəhbəri narazı qaldı - 25 min cərimə
Ekonomiks 18:49 15.09.2023

Dövlət Xidməti protokol yazdı, şirkət rəhbəri narazı qaldı - 25 min cərimə

Qartal Tikinti Firmasının direktoru Şahin İdris oğlu Məmmədov cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, şirkət rəhbərinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb. Bu maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

Nazirliyin qərarından Şahin Məmmədov Sumqayıt Şəhər Məhkəməsinə şikayət edib. İşə hakim Elçin Məmmədov sədrliyi ilə baxılacaq. 

İş təsdiqini taparsa, Qartal Tikinti Firmasının direktoru Şahin Məmmədovu 25 min manatadək cərimə gözləyir.

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->