Xəbər lenti

Maqazin 15:33 30.10.2023

Elza meyxanaçıdan polisə şikayət etdi

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovdan polisə şikayət edib. 

"Xəbərin var" proqramına danışan əməkdar artist bunun səbəbini açıqlayıb. 

E.Seyidcahanın polisə üz tutmasına səbəb meyxanaçının onun şeirini məxsərəyə qoyması olub: "O, meyxanaçı yox, "keyxanaçıdır". O və ətrafındakılar  yaradıcılığımı məsxərəyə qoymaq istədilər. Mən də onu polisə şikayət etdim. Amma peşmanam. Gərək yanındakıları da şikayət edərdim. Mən yazmışam ki, "Qazanım daşdı, kəfini yedim”. O isə, "Qazanı açdım, kəfini yedim” deyir. Yekə kişisən, saçın-saqqalın ağarıb, səninlə çörək kəsmişəm, evimə gəlmisən, mən də sizin evinizə gəlmişəm Səndə mənə qarşı kiçik də olsa hörmətin olsaydı, haqqımda belə sözlər danışıb məni sosial şəbəkələrdə təhqir etməzdin.

Onlar mənim şeirlərimi öz verilişlərində ələ salırlar. Mən onu məhkəməyə verərdim. Amma polisdə Vüqar özünü elə aparırdı ki… Dedilər ki, nahaq Vüqarı bağışladın. Çünki o səhvini başa düşmədi”.//olay.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->