Dünya 19:00 30.05.2023

Ermənistan aviaşirkəti İrəvan-Tehran-İrəvan reyslərinə başlayacaq

Ermənistanın "Fly One” aviadaşıyıcısı İrəvandan Tehrana və əksinə müntəzəm uçuşlar həyata keçirəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Uçuşlar iyunun 6-da başlayacaq və həftədə dörd dəfə: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri yerinə yetiriləcək.

Mayın ortalarında şirkət İrəvandan Larnakaya və əks istiqamətdə müntəzəm uçuşların başlandığını elan edib.

Alpər