Xəbər lenti

Dünya 19:27 10.04.2024

FTB direktoru Çinin haker proqramından danışdı: "Ən böyük ölkədən daha böyükdür"

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey Pekindən Vaşinqtona qarşı hərbi və kiber təhdidlər barədə xəbərdarlıq edərək, Çini "bir nəsl üçün təhlükə" adlandırıb. 

Qaynarinfo bu barədə "Fox News"a istinadən xəbər verir.

"Cəbhə və mərkəz Çindir, bu, bizim nəslimizi təhdid edən təhlükədir. Sadə dillə desək, Çin Kommunist Partiyası qanunun aliliyi dünyasının təhlükəsizliyini və iqtisadiyyatını sarsıtmaq üçün öz hökumətini təhrik edir", deyə FTB rəhbəri bildirib.

Rey Çinin haker proqramının böyüklüyündən danışıb:

"Çinin haker proqramı hər hansı digər böyük ölkədən daha böyükdür. Əgər hər bir FTB kiber agenti və kəşfiyyat analitiki diqqətini yalnız Çin təhlükəsinə yönəltsə, çinli hakerlər hələ də FTB kiber personalını ən azı 50-dən 1-ə qədər üstələyəcəklər".

O, həmçinin qeyd edib ki, Çin seçkilərə müdaxilə də daxil olmaqla ənənəvi casusluq, iqtisadi casusluq və bədxah təsirlə məşğul olur.

Qeyd edək ki, fevralın əvvəlində Rey ABŞ qanunvericilərinə xəbərdarlıq edib. Onun fikrincə, Pekin ABŞ qarşı vətəndaşlarına təxribat törətməyə və real zərər verməyə hazırlaşır. Çin hakimiyyəti isə dəfələrlə ABŞ-dakı hədəflərə kiberhücumların həyata keçirilməsində rolunu təkzib edib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->