Xəbər lenti

Həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydasında dəyişiklik edildi
Ölkə 20:10 03.10.2023

Həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydasında dəyişiklik edildi

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar verib.

Dəyişikliyə əsasən, Qaydalara aşağıdakı bənd əlavə edilib:
Sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsdən tələb edilmir.

Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->