Xəbər lenti

İdman 17:07 31.10.2022

İbrahimoviçdən özünəməxus açıqlama: "Fransanın mənə ehtiyacı var”

"Milan"ın ulduzu Zlatan İbrahimoviç yenə özünəməxsus açıqlaması ilə gündəmə gəlib. 

Qaynarinfo xəbər verir ki, isvçeli hücumçu vaxtilə formasını geyindiyi PSJ-dən ayrıldıqdan sonra Fransa futbolunun pisləşdiyini deyib. Zədəsi səbəbindən bu mövsüm hələ meydana çıxa bilməyən təcrübəli hücumçu bu sözləri Fransanın "Canal+" televiziyasına açıqlamasında söyləyib.

O, açıqlamasında "Fransadan ayrıldığım gündən onlar üçün hər şey pisləşdi. Onların Fransada danışacaqları bir şeyləri yoxdur. Mənim Fransaya deyil, onların mənə ehtiyacı var. Mbappe, Neymar və Messinin olması kifayət etmir” - sözlərini söyləyib.

2019/20 mövsümündə Milana qayıdan İbrahimoviç ötən mövsüm qazanılan çempionluqda mühüm rol oynayıb. Milan təmsilçisindən verilən açıqlamada isveçli ulduzun dizindən əməliyyat olunacağı və ən azı 7-8 ay oynaya bilməyəcəyi ictimaiyyətin nəzərinə çatdırılıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->