Xəbər lenti

İdman 12:53 27.11.2023

İbrahimoviçin oğlu milliyə dəvət aldı, potensialı qiymətləndirildi

Karyerası boyu adını İsveç millisinin əfsanələri arasına yazdırmağı bacaran Zlatan İbrahimoviçin "Milan"ın akademiyasında futbolun sirlərinə yiyələnən oğlu Vinsent ölkəsinin U-15 komandasına dəvət alıb.

Qaynarinfo-nun məlumatına görə, "Sportbladet" dekabrda toplanışı başlayacaq 15 yaşadək futbolçulardan ibarət İsveç millisinə 66 namizəddən biri məhz İbrahimoviçin oğlu lduğunu yazıb. 

15 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Aksel Kyall gəncin bacarığını yüksək qiymətləndirsə də,  komandanın sabiq baş məşqçisi Yann Andersson Vinsentin atası ilə müqayisə edilməməsi lazım olduğunu bildirib. Kyall Vinsenti ötürmə oyununa uyğun olduğunu, özünü meydançaya yaxşı yönləndirən və qol vurma bacarığı olan mərkəz oyunçusu kimi qiymətləndirib. DÇ-2018-də İsveçi 1/4 finala çıxaran Andersson isə Vinsentlə görüşsə də, gənc oyunçunu izləmək imkanı olmadığını bildirib. 

2015-ci ildə milli karyerasını bitirən İbrahimoviç yığmada oynadığı müddətdə 62 qola imza atıb. O 2021-ci ildə yenidən İsveç millisinə dəvət alsa da qol sevinci yaşaya bilməyib.

"Ayaks”, "Barselona”, "Milan”, PSJ, "İnter”, "Yuventus”, "Mançester Yunayted” kimi komandalarda oynamış və 500-dən çox qol vurmuş İbrahimoviçin daha bir övladı Maksimilian "Milan"ın U-18 komandasında forma geyinir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->