Xəbər lenti

İdman 16:20 21.06.2023

İngilis futbolçudan Türkiyə üçün böyük addım

İngiltərə Premyer Liqa komandalarından olan "Arsenal"ın futbolçusu Bukayo Saka, fevralda Kahramanmaraşda baş verən və "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdə zərər çəkən ailələrə dəstək olub.

Qaynarinfo-nun məlumatına görə bu barədə İngiltərə mətbuatında xəbərlər yer alıb. Məlumata görə, "Big Shoe" yardım təşkilatı ilə çalışan 21 yaşlı futbolçu təbii fəlakətdən zərər çəkən 26 ailənin yerləşmə xərclərini qarşılayıb.

Saka nümunəvi addımı ilə bağlı açıqlamasında, "Sosial mediada, televiziyada sarsıdıcı xəbərləri gördüm və bu faciədən əziyyət çəkən insanlara kömək etmək istədim. Başının üstündə damı olan hər kəs özünü şanslı saya bilər. Fəlakət hər şeyi onların əlindən aldı. Kömək etmək mənim üçün çox şey deməkdir” - ifadələrini işlədib.

"Arsenal"la əla mövsüm keçirən Saka iki gün əvvəl futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya ilə oyunda İngiltərə millisinin heyətində "het-trik" edib.

Bu gənc futbolçunun ilk belə addımı deyil. Saka keçən il Nigeriyada 120 uşağın əməliyyat xərclərini qarşılamışdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->