Xəbər lenti

İdman 21:40 06.08.2023

İngiltərə Super Kubokunun qalibi müəyyənləşdi

Futbol üzrə İngiltərə Super Kubokunun qalibi bəlli olub.

Qaynarinfo-nun məlumatına görə, həlledici qarşılaşmada "Mançester Siti"yə qalib gələn "Arsenal" titula sahib çıxıb.

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 77-ci dəqiqədə "şəhərlilər"dən Koul Palmer vurub. "Topçular" 90+11-ci dəqiqədə Leandro Trossardın qolu ilə tarazlığı bərpa ediblər.

Qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (4:1) London klubu yeni mövsümə titulla başlayıb.

Qeyd edək ki, "Mançester Siti" ötən mövsüm həm Premyer Liqanın, həm İngiltərə Kubokunun, həm də Çempionlar Liqasının qalibi olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->