Sənət 12:25 11.02.2023

İnsult keçirdiyi deyilən Xalq artsitinin köməkçisindən açıqlama

Xalq artisti Nisə Qasımovanın insult keçirməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Qaynarinfo-ya müğənninin köməkçisi deyib. O, Nisə Qasımovanın səhhətində heç bir problem olmadığını bildirib.

Qeyd edək ki, mətbuatda Xalq artisti Nisə Qasımovanın insult keçirdiyi haqqında məlumat yayılıb. Məlumatda onun sifətinin əyildiyi, dilinin tutulduğu deyilir.

Bahar Rüstəmli