Dünya 16:25 03.03.2024

İran Sudanda hərbi baza qurmaq istədi, icazə ala bilmədi

İran Qırmızı dəniz üzərində nəzarəti gücləndirmək üçün Sudanda baza qurmaq istəyib, lakin ölkə hakimiyyəti buna razılıq verməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Sudanın hərbi lideri kəşfiyyat üzrə müşaviri Əhməd Həsən Məhəmməd "The Wall Street Journal"a bildirib.

Onun sözlərinə görə, İrana Sudandan Qırmızı dəniz sahilində daimi hərbi dəniz bazası tikmək üçün icazə verilməyib.

Nəşr qeyd edir ki, Yaxın Şərq və Afrika ölkələri arasında strateji yol kəsişməsində hərbi dəniz bazası İrana Qırmızı dəniz üzərində nəzarəti gücləndirməyə imkan verəcək.

Sudanın bazanın tikintisinə icazəsi müqabilində İran pilotsuz təyyarələr, döyüş gəmisi və helikopter təhvil verəcəyini vəd edib. Müşavir bildirib ki, Tehran bazadan kəşfiyyat məlumatlarının toplanması üçün istifadə etmək istədiyini və həmçinin hərbi gəmiləri orada yerləşdirməyi planlaşdırdığını bildirib. O, əlavə edib ki, ABŞ və İsraillə münasibətlərdə problem yaranmaması üçün bu təklif rədd edilib.

Aydın