Xəbər lenti

Dünya 13:54 30.04.2022

İranın Ermənistan səfiri: “Dəhlizlər”lə bağlı bəyanatlar İran üçün qəbuledilməzdir”

İran üçün kommunikasiyaların blokdan çıxarılması kontekstində səslənən "dəhlizlər”lə bağlı bəyanatlar qəbuledilməzdir. 

Qaynarinfo "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Kapanda İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri Sünik vilayətinin qubernatoru Robert Qukasyanla görüşündə deyib.
 
İranlı diplomatın Ermənistanın İranla həmsərhəd cənub bölgəsinə səfəri bir gün əvvəl baş tutub.

Zohurinin sözlərinə görə, İran tərəfi hesab edir ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır.

Sünik qubernatoru və Qafan meri cavab olaraq diplomata "dəhliz" mövzusunda tutduğu mövqeyə görə təşəkkür ediblər.

"Sizin nöqteyi-nəzəriniz vacibdir və Sünik şəhərinin hər bir sakini tərəfindən yüksək qiymətləndirilir”, - Qukasyan bildirib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyi ilə regionda kommunikasiyaların açılması məsələsini müzakirə edirlər. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->