Xəbər lenti

İsa Atayev millidən çıxarılması haqda danışdı:
İdman 13:50 18.09.2023

İsa Atayev millidən çıxarılması haqda danışdı: "Yəqin ki..."

Futzal üzrə DÇ-2024-ün elit-raundunda Bakı İdman Sarayında baş tutacaq Azərbaycan - Niderland matçından əvvəl millinin heyətində dəyişiklik edildi. Baş məşqçi Vitali Borisov İsa Atayevi legioner futzalçı Maneka ilə əvəzlədi. Ancaq bu sırf zədə və ya cəza üzündən olmayıb. Hazırda Macarıstan təmsilçisi "Studio Futsal Nyiregyhaza”da çıxış edən hücumçuya güvənmək istəyən baş məşqçinin yerli futzalçını heyətdən kənarlaşdırması bir qədər gözlənilməz oldu. Maraqlıdır, Atayev nə düşünür?
 
Milli üzvü Qaynarinfo-ya açıqlamasında bunun səbəbini bilmədiyini söyləyib:

"Bu, məşqçinin qərarıdır. Onunla heç nə müzakirə etmədim. Məşqçi belə istədi, heç nə deyə bilmərəm. Yəqin ki, Rumıniya ilə matçdakı oyunum xoşuna gəlməyib. Özüm də müəyyən qədər bunu qəbul edirəm".

DÇ-2024-ün elit-raundu çərçivəsində millimiz ilk matçını Rumıniyaya qarşı keçirib. Bu görüşdə Vitali Borisovun rəhbərlik etdiyi kollektiv 1:3 hesabı ilə məğlub olub. İsa isə qarşılaşmada sarı vərəqə ilə yadda qalıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->