Sənət 12:23 01.12.2022

“Könüllər mülkünün sultanı” - Sərvər Əliyev Özbəkistan teatrında tamaşa hazırlayır

Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının Baş rejissoru Sərvər Əliyev Özbəkistan teatrında tamaşa hazırlayır. 

Bu barədə Qaynarinfo-ya Əməkdar artist özü məlumat verib. Rejissor Səmərqənd şəhərində Musiqili Dram Teatrında İftixar Priyevin Şeyx Nizamı Gəncəvinin həyat və yaradıcılığından bəhs edən "Könüllər mülkünün sultanı” adlı drama quruluş verir:

"Hazırda bu əsər üzərində işləyirəm. Özbəkistan teatrı ilə aramızda danışıqlar gedirdi. Nəhayyət ki, bu layihə reallaşdı. Noyabrın ortalarından burdayam. Tamaşaya Qarabağ haqqında məlumatlar da daxil olunub. Əgər dekorasiya hazır olsa, dekabrın 20-nə kimi tamaşa təqdim olunacaq”. 
 


Sərvər Əliyev deyir ki, bu layihə türkdilli dövlətlərinin teatrları ilə davam edəcək:

"Niyə məhz Nizamı Gəncəvi? Məndən quruluş verdiyim tamaşalara baxmaqlarını istədilər. 12 tamaşa göndərim, onlar Nizami Gəncəvini seçdilər. Onların məqsədləri budur ki, Dərbənddə hazırlanan bu tamaşa orada da hazırlansın. Sonra biz aktyor mübadiləsi aparmaqla Özbəkstan və Azərbaycan aktyorlarının birgə iştirakı ilə tamaşalar oynayaq. Sonra biz burada daha bir özbək əsərini tamaşaya qoyacayıq. Bu layihələrin məqsədi türkdilli ölkələrin aktyorlarının rol alacağı tamaşalarla üzü Turana doğru getməkdir. Biz də bu işi teatrlarda davam etdirəcəyik”. 

Bahar Rüstəmli