Xəbər lenti

Komandası 0:7 hesabı ilə məğlub olan baş məşqçini qovdular
İdman 18:00 19.09.2023

Komandası 0:7 hesabı ilə məğlub olan baş məşqçini qovdular

Ötən həftə İtaliya A Seriyasında "Roma"ya 0:7 hesabı ilə məğlub olan "Empoli"nin baş məşqçisi Paolo Zanetti postundan qovulub.

Qaynarinfo-nun məlumatına görə, İtaliya klubu Zanetti, həmçinin onun köməkçiləri Alberto Bertolini, Nikola Beati və Fabio Trentini ilə yolların ayırıldığını açıqlayıb.

İtaliya A Seriyasının dördüncü turunda "Roma"ya böyük hesabla məğlub olan və hələ ki, xal toplaya bilməyən İtaliya komandası turnir cədvəlinin sonuncu pilləsindədir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->