Sağlamlıq 16:40 18.01.2023

Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 001 nəfər müalicə olunaraq sağalıb, hazırda 464 aktiv xəstə var. Bu günə qədər 10 060 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 851, bu günə qədər isə ümumilikdə 7 464 270 test icra olunub.
 
Son sutkada 354 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 152, ikinci doza vaksinlərin sayı 66 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 109-dur. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 27 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 938 596 olub.