Xəbər lenti

Macarıstan parlamenti İsveçə görə növbədənkənar iclas keçirməyəcək
Dünya 14:35 25.01.2024

Macarıstan parlamenti İsveçə görə növbədənkənar iclas keçirməyəcək

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük müraciətini ratifikasiya etmək məsələsini nəzərdən keçirmək üçün növbədənkənar iclas keçirməyəcək.

Qaynarinfo "Yevropeyska pravda"ya istinadən xəbər verir ki, bunu Macarıstan parlamentinin spikeri Laslo Köver Index portalına şərhində bildirib

O, növbədənkənar iclasla bağlı suala belə cavab verib: "Mən şübhə etmirəm ki, müxalifət partiyalarından biri, hansılar ki, həmişə Macarıstanın maraqlarına xidmət etmir, belə bir iclas çağırmağa çalışacaq, çox güman ki, uğursuzluğa düçar olacaqlar”.

Spikerin sözlərinə görə, o, İsveçin müraciəti ilə bağlı məsələyə baxmaq üçün heç bir təcililik hiss etmir və "hansısa hansı müstəsna vəziyyətin olduğunu” düşünmür.
Yaxın vaxtlara qədər Türkiyə və Macarıstan İsveçin üzvlüyünü hələ ratifikasiya etməmiş yeganə NATO müttəfiqləri idi.

Bununla belə, Türkiyə Böyük Millət Məclisi yanvarın 23-ü axşam saatlarında uzun sürən müzakirələrdən sonra İsveçin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolun ratifikasiyasını təsdiqləyib.

Xatırladaq ki, bir gün əvvəl Macarıstanın baş naziri Viktor Orban İsveçin NATO-ya üzvlük ərizəsini müzakirə etmək üçün isveçli həmkarını Budapeştə dəvət edib. Lakin İsveçin xarici işlər naziri Tobias Billström Orbanın dəvətini şərh edərkən, hələlik belə danışıqlar üçün heç bir səbəb olmadığını bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->