Xəbər lenti

İdman 15:10 27.06.2023

"Mançester Siti"nin 90 milyon funt-sterlinqlik təklifi rədd edildi

"Vest Hem" "Mançester Siti"nin yarımmüdafiəçi Deklan Rays üçün 90 milyon funt-sterlinqlik təklifini qəbul etməyib.

Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

"Vest Hem"in bu qərarından sonra furvolçunu transfer etmək istəyən "Arsenal" yenidən hərəkətə keçib. "Topçular"ın yaxın 48 saat ərzində "Vest Hem"ə yeni təkliflə müraciət edəcəyi deyilir.  İndiyədək London klubunun iki təklifi qarşı tərəfdən rədd edilib.

Yarımmüdafiəçi ilə "Mançester Yunayted” də yaxından maraqlanır. 

Nəşrin məlumatına görə, "Vest Hem" Rays ilə ən azı 100 milyon funt-sterlinq tələb edir. Futbolçu özü də bu yay komandadan ayrılmaq istəyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->