İdman 00:24 08.10.2022

Marselo "Qarabağ"la oyunla bağlı bunları yazdı

"Olimpiakos"un braziliyalı ulduzu Marselo Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları matçdan sonra sosial şəbəkə hesablarında paylaşım edib.

Qaynarinfo xəbər verir ki, o, rəsmi "Facebook" hesabında "Olimpiakos" klubunda rəsmi debüt etdiyi "Qarabağ"la görüş barədə yazıb:
 
"Demək olar ki, 5 ay oynamadan sonra geri qayıtmaq asan deyil... Amma mən qayıdacağam. Lakin bəhanə yoxdur! Bu, mənim gözlədiyim debütüm deyildi. Əminəm ki, bundan sonra yaxşı olacaq".

Xatırladaq ki, Marselo "Qarabağ"la görüşün 60-cı dəqiqəsində meydana daxil olub.