Xəbər lenti

Maskın şirkəti ilkə imza atdı: Al üçün 1 GVt-lıq hədd aşıldı
Texnologiya 16:16 18.01.2026

Maskın şirkəti ilkə imza atdı: Al üçün 1 GVt-lıq hədd aşıldı

İlon Mask özünün X sosial şəbəkəsində (əvvəlki Twitter) "Colossus 2" adlı süni intellektin (Al) öyrədilməsi üçün ilk sənaye səviyyəli qiqavatlıq hesablama klasterinin işə salındığını elan edib.
 
Qaynarinfo xəbər verir ki, bu superkompüter "xAI" şirkətinin "Grok" və digər məhsullarının növbəti versiyalarının təlimi üçün istifadə olunacaq.

Maskın sözlərinə görə, aprelin sonuna qədər "Colossus 2"nin enerji sərfiyyatı 1,5 qiqavata çatacaq ki, bu da San-Fransisko şəhərinin pik enerji yükünü ötür.

Layihənin əsas çətinliyi enerji təminatı olub: Memfis şəhərinin yerli elektrik şəbəkəsi tələb olunan gücü təmin edə bilməyib. Buna cavab olaraq "xAI" qonşu Missisipi ştatında "Duke Energy"yə məxsus istifadəsiz elektrik stansiyasını alıb.

Bundan əlavə, 2025-ci ilin yayına qədər şirkət daxili bazarda güc çatışmazlığı səbəbindən əlavə bir elektrik stansiyasını xaricdən sifariş edib. Hazırda obyekt yeddi 35 MVt-lik qaz turbinləri ilə dəstəklənir, "Tesla Megapack" akkumulyator sistemləri isə enerji pik hədləri tənzimləyir.

"Colossus 2" mövcud "Colossus 1" klasterinin inkişafı olacaq:  "Colossus 1" təxminən 230 min GPU-dan ibarətdir. Yeni data-mərkəzdə GB200 və GB300 nəsil "Nvidia" sürətləndiricilərindən 550 minədək qurmaq planlaşdırılır. 2025-ci ilin dekabrında "xAI" üçüncü MACROHARDRR binasını da satın alıb ki, kompleksin ümumi gücü 2 qiqavatadək artacaq və bu, təxminən 1,5 milyon evin enerji tələbatına bərabərdir.

EPOCH AI analitiklərinin qiymətləndirməsinə görə, "xAI" texnologiya şirkətləri arasında ilk olaraq süni intellektin təlimi üçün 1 qiqavatlıq hesablama gücünə çatıb. Rəqiblər – "OpenAI" Texasda "Stargate" layihəsi və "Amazon"un "Anthropic" ilə İndiana ştatında birgə layihəsi – yalnız 2026-cı ildə oxşar səviyyəyə çatmağı planlaşdırır.

Aydın
--> -->