İdman 12:43 10.01.2024

Məşhur alman futbolçunun yeni klubu açıqlandı

İngiltərə Premyer Liqa təmsilçisi "Tottenhem” Almaniyanın "Leypsiq” komandasının hücumçusu Timo Verneri icarə əsasında heyətinə qatıb.

Qaynarinfo-nun məlumatına görə, İngiltərə klubu 27 yaşlı alman futbolçunu satın alma şərti ilə mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. İngiltərə mətbuatında satın alma qiymətinin 17 milyon avro olduğu iddia edilib.

Verner  "Ştutqart" və "Leypsiq"də oynadıqdan sonra 2020-ci ildə "Çelsi"yə transfer olunub. Ancaq İngiltərədə gözlənilən kimi özünü göstərə bilməyən Verner 2022-ci ildə "Leypsiq"ə qayıdıb.

Alman futbolçu bu mövsüm "Leyptsiq"in heyətində meydana çıxdığı 14 oyunda iki qola imza atıb.

Səbuhi Həsənov