XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq
Dünya20:58 02.09.2026

Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq

Məzuniyyətdən sonra işə qayıtmaq istəməmək tükənmişlik sindromuna işarə edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya klinik psixoloq Natalya Joludeva bildirib.

“Çox vaxt məzuniyyətə tükənmiş və yorğun vəziyyətdə çıxırıq. Belə olan halda elə düşünürük ki, bu bir və ya iki həftə hər şeyi dəyişəcək və həyatımız yenidən parlaq rənglərə boyanacaq. Lakin geri qayıtdıqdan sonra heç nə dəyişmir. Ən yaxşı halda vəziyyət əvvəlki kimi qalır, ən pis halda isə məzuniyyət müddətinə təxirə saldığımız bütün işlər və tapşırıqlar üzərimizə tökülür”, deyə ekspert bildirib.

Joludevanın fikrincə, məzuniyyətdən sonrakı ruh düşkünlüyü azadlıq hissinin itirilməsi ilə də əlaqəli ola bilər. İstirahət zamanı insan öz vaxtını daha çox özü idarə edir: nə vaxt oyanacağına, hara gedəcəyinə, kiminlə ünsiyyət quracağına və nə ilə məşğul olacağına özü qərar verir.

“Bundan sonra iş qrafiki subyektiv olaraq məzuniyyətdən əvvəlkindən daha sərt görünür. Ən azı səkkiz, daha çox isə 10-11 saat ərzində özümüzə aid olmuruq. Məzuniyyət isə bu azadlığı bizə qaytarır və sonradan həmin hiss üçün darıxırıq”, deyə mütəxəssis qeyd edib.

Psixoloq digər amil kimi istirahət və iş günlərində xoş stimulların sayındakı fərqi göstərib.

“Məzuniyyət bizə daha çox sürətli dopamin – əyləncə, yeni təəssüratlar, xoş stimullar və daha az gərginlik təklif edir. İş rejimi isə mükafadı yalnız sonralar, böyük səylər və intizam göstərdikdən sonra vəd edir”, deyə Joludeva izah edib.

Bununla belə, adi həyata qayıtmaq istəməməsi yalnız istirahətlə iş arasındakı kəskin fərqlə bağlı olmaya bilər. Ekspertin sözlərinə görə, bəzən məzuniyyət insana real həyatının istək və arzularına nə dərəcədə uyğun olduğunu görməyə imkan verir.

“Məzuniyyət həyatımızın arzularımıza nə dərəcədə uyğun gəlmədiyini üzə çıxara bilər. Bu təzad bəzən çox kəskin və ağrılı olur. İstirahət zamanı insan qəfildən istədiyi kimi bir həyat yaşamadığını aydın şəkildə dərk edə bilər və bu fikir kifayət qədər ağrılı ola bilər”, deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Aydın