Xəbər lenti

Millətlər Liqası: Azərbaycan millisi Mərkəzi arenada və Gəncədə oynayacaq
İdman 18:16 01.07.2026

Millətlər Liqası: Azərbaycan millisi Mərkəzi arenada və Gəncədə oynayacaq

Futbol üzrə Azərbaycan milli komandasının oktyabrda UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının məkanları müəyyənləşib.

Bu barədə Qaynarinfo-ya AFFA-dan məlumat verilib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda turnirin D Liqası çərçivəsində oktyabrın 1-də Lixtenşteyn yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Oktyabrın 4-də Litva kollektivi ilə qarşılaşma isə Gəncə stadionunda baş tutacaq.
--> -->