2021-ci ildə NATO-nun o zamankı baş katibi Yens Stoltenberqin Rusiya ilə Şərqi Avropada alyans qoşunlarının geri çəkilməsi və Baltikyanı ölkələrdə "bufer zona” yaradılması məsələsini müzakirə etdiyi iddia olunur.
Qaynarifno xəbər verir ki, bu barədə "Baltic Sentinel” nəşri Stoltenberqin memuarlarına istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, memuarlarda qeyd olunur ki, keçmiş NATO baş katibi Kremlin irəli sürdüyü bəzi təhlükəsizlik təkliflərini müzakirə edib və bu danışıqlar barədə Baltikyanı ölkələrin məlumatı olmayıb.
Məlumata əsasən, 2021-ci ilin payızında Stoltenberq Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb və Kremlin "bufer zona” ideyasını müzakirə etməyə hazır olduğunu bildirib.
"Baltic Sentinel” iddia edir ki, bu yanaşma Polşa və Baltikyanı ölkələrin etirazlarına baxmayaraq, Avropada təhlükəsizlik arxitekturasının 1997-ci il sərhədləri səviyyəsinə qaytarılması ehtimalını gündəmə gətirib.
Bununla belə, Rusiya tərəfi planı qəbul etməyib və bölgə üzərində tam nəzarət tələb edib. 2022-ci ilin yanvarında keçirilən Rusiya–NATO görüşündə Moskva təkliflərinin müzakirə predmeti olmadığını, bunun "ya qəbul edin, ya da rədd edin” tipli ultimatum olduğunu bildirib.
Memuarlarda həmçinin qeyd olunur ki, Stoltenberqin Rusiya ilə dialoqa yanaşmasına atasının – Norveçin keçmiş xarici işlər nazirinin təsiri olub. O, Soyuq müharibə dövründə belə Moskva ilə dialoqu dəstəkləyib və bu yanaşma keçmiş baş katibin 2014-cü ildə Krımın ilhaqından sonra da əlaqələri qoruma siyasətinə təsir edib.
Nəşr əlavə edir ki, Stoltenberq ABŞ prezidenti Donald Tramp dövründə ABŞ-ın NATO-dan çıxma ehtimalının real olduğunu yazıb. Onun sözlərinə görə, Trampın bəzi müşavirləri bu addıma hazırlaşırdı və bu, alyansın ciddi şəkildə sarsılmasına səbəb ola bilərdi. Lakin nəticədə ABŞ-ın Avropadakı hərbi mövcudluğu artıb və NATO üzvləri müdafiə xərclərini yüksəldib.
Ukraynaya qarşı Rusiya işğalı ilə bağlı hissədə isə Stoltenberqin 2021-ci ilin oktyabrında ABŞ-ın mümkün müdaxilə barədə xəbərdarlıq etdiyini, lakin Fransa və Almaniyanın bunu şişirdilmiş qiymətləndirmə kimi qəbul etdiyini qeyd etdiyi bildirilir.
Eyni zamanda o, genişmiqyaslı müharibənin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenskiyə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsindən imtina etdiyini də etiraf edib.
Stoltenberq həmçinin Qərbin Ukrayna ilə bağlı strateji səhvlər etdiyini bildirib və 2014-cü ildən etibarən daha erkən dəstəyin vacibliyini vurğulayıb.
Aydın
Şərhlər