XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Merz Almaniyanın ən populyar siyasətçiləri siyahısında sonuncu oldu
Dünya18:10 25.08.2026

Merz Almaniyanın ən populyar siyasətçiləri siyahısında sonuncu oldu

Almaniya federal kansleri Fridrix Merz ölkənin aparıcı siyasətçiləri arasında populyarlıq reytinqində sonuncu yerdə qərarlaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bild” qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən keçirilən sorğunun nəticələri göstərir.

Merz 20 siyasətçinin yer aldığı siyahıda 10 mümkün baldan 2,51 bal toplayaraq sonuncu - 20-ci yeri tutub.

Əhali arasında ən yüksək dəstəyə Almaniyanın müdafiə naziri Boris Pistorius sahib olub. O, 4,81 bal toplayıb.

Baden-Vürtemberq federal əyalətinin baş naziri Cem Özdemir 4,28 balla ikinci, Şimali Reyn-Vestfaliyanın baş naziri Hendrik Vüst isə 4,03 balla üçüncü olub.

Bundan əvvəl “YouGov” institutunun keçirdiyi sorğunun nəticələri məlum olub. Araşdırmaya əsasən, almanların əksəriyyəti Merzin 2029-cu ildə başa çatacaq səlahiyyət müddətini tamamlamadan vəzifəsini tərk edəcəyini düşünür.

Aydın