Xəbər lenti

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alındı
İdman10:39 19.10.2026

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasında tamaşaçı rekordu qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

VIII turun görüşlərini ümumilikdə 30800 izləyici seyr edib. “Kəpəz” – “Zirə” görüşünü (1:1) 13800, “Qarabağ” – “Neftçi” qarşılaşmasını (3:3) 13500 seyrçi izləyib. Digər oyunlarda tamaşaçı nisbətən az olub: “Şamaxı” – “Şəfa” (3:2) 1200, “Sumqayıt” – “Araz-Naxçıvan” (2:1) 1200, “Qəbələ” – “Sabah” (0:4) 750, “İmişli” – “Turan Tovuz” (1:0) 350. Orta göstərici 5133-ə bərabər olub.

Bunadək rekord 24 min 512-yə bərabər idi. Bu göstərici IV turda qeydə alınmışdı.