Hər zaman medianın yanında olan və media ilə sahibkarların əlaqələrini dəstəkləyən "OBA” marketlər şəbəkəsi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı ilə təşkil edilən "Sahibkarlıqda Media” Forumunun keçirilməsinə dəstək oldu.
Forumun spikerləri arasında "OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin üzvü Hikmət Əliyev də yer aldı. Belə ki, spikerlər müxtəlif sahələrdən foruma qatılan sahibkarlar üçün şəxsi təcrübələrinə əsaslanan motivasiya çıxışları edərək onlara media ilə əlaqələrin önəmindən bəhs edən nümunələr gətirdilər.
Forumda media nümayəndələri və sahibkarlarla yanaşı QHT nümayəndələri ilə millət vəkilləri də bir araya gəldi. Millət vəkili Müşfiq Cəfərov çıxışında qeyd edib ki, belə layihələrin keçirilməsi təqdirəlayiqdir. Təklif edərdim ki, burada tələbələrə də yer verilsin. Onların da müəyyən mənada dəstəyə ehtiyacı var”.
Millət vəkili Ceyhun Məmmədov isə öz çıxında medianın cəmiyyətdəki önəmli mövqeyinə toxunub və bu sektora dəstəyin vacibliyini dilə gətirib.
"OBA” marketlər şəbəkəsi hər zaman media ilə dost əlaqələrini qorumaqdan və mediaya dəstək olmaqdan qürur duyur.
Şərhlər