Xəbər lenti

Pezeşkianın Azərbaycana gələrək müəyyən mesajlar verməsi önəmlidir (ŞƏRH)
Siyasət 12:16 04.07.2025

Pezeşkianın Azərbaycana gələrək müəyyən mesajlar verməsi önəmlidir (ŞƏRH)

"İrana, əlalxüsus da Pezeşkiana lazımdır ki, onun siyasi, beynəlxalq imici daha yüksək olsun".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İran daxilində son günlər Azərbaycana qarşı artan aqressiya fonunda bu ölkənin prezidenti Məsud Pezeşkianın İslam Əməkdaşlıq Təşkilatının tədbirində iştirak üçün Xankəndinə gəlişini şərh edərkən deyib.
 


"İqtisadi Əməkdaşlıq Təşkilatının katibliyi Tehran şəhərində yerləşir. Demək olar ki, İranın bu təşkilata siyasi bağlılığı çox böyükdür. İkincisi görürük ki, indiki mərhələdə İranın İsraillə apardığı müharibədən sonra qonşularla münasibətlərində mövcud olan bəzi gərgin vəziyyətləri aradan qaldırmaq Tehran üçün olduqca vacibdir. Bu mənada Pezeşkianın tədbirə gələrək buradan dünyanın müxtəlif istiqamətlərinə müəyyən mesajlar verməsi də önəmlidir. Digər tərəfdən, İrana, əlalxüsus da Pezeşkiana lazımdır ki, onun siyasi, beynəlxalq imici daha yüksək olsun. Belədə həmin təşkilat fonunda onun bir çox qonşularla görüşməsi çox vacibdir", deyə Tofiq Zülfüqarov bildirib.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->