Xəbər lenti

İdman 16:35 26.07.2023

Premyer Liqa rəhbərliyi Sançesin "Spartak"a transferinə maneə oldu

"Tottenhem"in futbolçusu Davinson Sançesin "Spartak"a keçmək ehtimalı yüksəkdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC Sport"a sövdələşmənin hazırlanması ilə tanış olan iki mənbə məlumat verib.

Onların sözlərinə görə, Sançes də daxil olmaqla, bütün tərəflər ingilis klubu ilə razılığa gəliblər, lakin işə siyasət qarışıb. "Tottenhem" Premyer Liqanın tövsiyəsini qəbul edib və transferin qarşısını alıb", deyə mənbələrdən biri bildirib.

Daha əvvəl "The Guardian” qəzeti İngiltərə Premyer Liqasının (İPL) rəhbərliyinin Sançesin "Tottenhem”dən Moskva "Spartak”ına keçidinin qarşısını alacağını yazıb. Nəşr qeyd edib ki, Premyer Liqa rəhbərliyi klublara Rusiya çempionatının komandaları ilə danışıqlara qadağa qoya bilməz. Lakin Böyük Britaniyanın Mədəniyyət, Media və İdman Nazirliyinin göstərişinə uyğun olaraq, onlara xəbərdarlıq edəcək ki, onlar bununla bağlı riskləri unutmasınlar. 

Bu həftə "Spartak"ın Sançesin transferi ilə bağlı "Tottenhem"lə anlaşdığı bildirilirdi. Jurnalist Fabritsio Romano qeyd edib ki, "Spartak" oyunçu üçün 12 milyon avro təklif edib. "RBC Sport"dakı mənbə bildirib ki, keçid yaxın olsa da, sənədlər hələ imzalanmayıb, transfer hələ baş tutmayıb.

Sançes 2017-ci ildə "Tottenhem"ə keçib, ötən mövsüm klubda 24 oyuna çıxıb. Müdafiəçi həmçinin 2016-cı ildən Kolumbiya millisində 54 oyun keçirib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?