Xəbər lenti

Premyer Liqa: Turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəldi
İdman17:13 16.10.2026

Premyer Liqa: Turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasında VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk iki qolu qonaq komanda vurub. Elnur Cəfərov (5) və Rauf Hüseynli (56-p.) adlarını tabloya yazdırıblar. Bölgə təmsilçisinin heyətində isə Joao Oliveyra (65), Həbib İsmayılov (81) və Rikardo Apolinario (90+5-p.) diqqət mərkəzinə düşüblər.

"Şamaxı" 13 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 3 xalı olan "Şəfa" 11-cidir.

Qeyd edək ki, VIII tura oktyabrın 18-də yekun vurulacaq.