XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Qalatasaray”ın vitse-prezidenti istefa verdi
İdman10:18 04.06.2024

“Qalatasaray”ın vitse-prezidenti istefa verdi

"Qalatasaray”ın vitse prezidenti Erden Timur vəzifəsindən gedib.
Qaynarinfo xəbər verir ki, bu barədə o özü açıqlama verib.
"Çempionluqdan 1 ay əvvəl bu məsələni prezidentimizə bildirdim. İdarə heyətində olmaq istəmədiyimi çatdırdım. Çempionluq yarışında bunu demək mümkün deyildi. Sportif A.Ş-dəki vəzifəmizin davam etdiyini demək məcburiyyətində idim. Sonrasında isə sevincimizə kölgə salmaq istəmədim. Susmağım lazım idi və elə də etdim.
13-14 aydır davam edən planlı iftiralara dözməyimin səbəbi Qalatasaraydır. Başqa bir çıxış yolum olsa idi, bu qərarı verməzdim. Bu iş aylarla davam etdi".
Qeyd edək ki, Erdem Timur 2022-ci ildən bu vəzifədə çalışırdı.