Xəbər lenti

Maqazin 16:53 08.02.2026

"Qardaşımın meyidi 8 gün sonra tapıldı"

"Qardaşımın meyidi 8 gün sonra tapıldı. 47 yaşında getdi. Həyat yoldaşına dedi ki, balıq tutmağa gedirəm. Cabir İmanovla (Mərhum Əməkdar artist Cabir İmanov - red.) gedirdilər balıq ovuna".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Həftənin qonağı" verilişində deyib. Müğənni dənizdə batan qardaşından danışıb:

"İki gün getdi, gəlmədi. Yoldaşı zəng vurdu ki, üçüncü gündür yoxdur, telefonuna da zəng çtmır. Başladıq onu axtarmağa. Orada da gizlətdilər, nə etdilər. 8 gün sonra ləpə onu sahilə vurmuşdu. Bilmirəm nə olub. Heç kimə nəsə demirəm. İdmançı idi, əgər sinəsindən nəfəs alması olmasaydı, xilas alardı. Burundan nəfəs alsaydı çıxardı. Suya düşən kimi batıb".
--> -->