Xəbər lenti

Rəhman Rəhmanov:
Maqazin 19:10 17.06.2026

Rəhman Rəhmanov: "Həmin dövr məni maraqlandırmır"

Əməkdar artist Rəhman Rəhmanov keçmiş həyat yoldaşı Ulduz Əhmədovanın açıqlamalarına münasibət bildirib.

Aktyor Qaynarinfo-ya açıqlamasında keçmiş ailə həyatını xatırlamaq istəmədiyini qeyd edib:

"Həmin dövr məni maraqlandırmır. Bu məsələ mənim üçün artıq bitib".

O, həmçinin səhhətinin yaxşı olduğunu vurğulayıb.

Xatırladaq ki, Ulduz Əhmədova daha əvvəl aktyorla ailə münasibətlərindən danışaraq, onun evə gəlmədiyini, 4 uşaqla onu tək qoyduğunu və bu səbəbdən evdən qovduğunu iddia etmişdi.

Bahar Rüstəmli

--> -->