Xəbər lenti

Roma Papası ağciyər əməliyyatı olunacaq
Dünya16:06 11.10.2026

Roma Papası ağciyər əməliyyatı olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Roma Papası XIV Lev ağciyərindən əməliyyat olunacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə pontifik bazar günü moizəsindən sonra məlumat verib.

“Bəzi müayinələr zamanı həkimlər ağciyərimdə kiçik bir düyün aşkar ediblər. Bu, çox erkən mərhələdə müəyyən edilib və dəqiq lokalizasiya olunub. Həkimlər cərrahi müdaxilənin məqsədəuyğun olduğunu düşünürlər. Onların tövsiyələrinə əməl edərək, düyünün çıxarılması üçün əməliyyat olunmağa qərar verdim”, deyə o bildirib.

Bundan əvvəl XIV Lev Rusiya və Ukrayna prezidentləri Vladimir Putini və Volodimir Zelenskini “danışıqlar masasına əyləşməyə” və “dialoqa başlamağa” çağırıb. Pontifikin sözlərinə görə, kilsə insan ləyaqətinin qorunmasına töhfə verməli, həyatın dəyərini müdafiə etməli və səhiyyəyə daha çox vəsait ayrılmasına dəstək göstərməlidir.

O, həmçinin Avropa İttifaqının qurucularından biri olan Robert Şumanın sözlərini xatırladıb. Şuman qeyd edirdi ki, dünyada sülhü təhdid edən təhlükələrə mütənasib səylər göstərilməsə, yer üzündə sülh olmayacaq.

XIV Lev mövcud təhdidlərə cavabın yenidən silahlanma olduğuna inanmağın yanlış olduğunu vurğulayıb. Roma Papası sülhün təşviqini “fəal vəzifə” adlandırıb.

Aydın