Xəbər lenti

Ronaldo karyerasını nə vaxt bitirəcək? - Sevgilisi açıqladı (VİDEO)
İdman 11:03 04.03.2024

Ronaldo karyerasını nə vaxt bitirəcək? - Sevgilisi açıqladı (VİDEO)

Corcina Rodrigez sevgilisi, "Al-Nassr"ın portuqaliyalı superulduzu Kriştiano Ronaldonun futboldan nə vaxt ayrılacağı ilə bağlı ipucu verib.

Qaynarinfo-nun məlumatına görə, Paris moda həftəsində "Al-Nassr" ulduzuna hörmət əlaməti olaraq CR7 formasını geyinən model tədbirdə 39 yaşlı oyunçunun gələn il butslarını mismardan birdəfəlik asa biləcəyini söyləyib. 

Sosial şəbəkələrdə yayılan videoda Rodrigezin ətrafındakılara "Kriştiano bir il daha... Sonra bitəcək. Bəlkə iki, dəqiq bilmirəm" dediyi bildirilib.

Ronaldonun 2026-cı il dünya çempionatında oynamağı hədəflədiyi bildirilirdi. Bununla belə, Rodrigezin açıqlaması bütün zamanların ən böyük futbolçularından birinin həmin tarixdən daha tez təqaüdə çıxa biləcəyinə işarə kimi qəbul edilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->