
Portuqaliyalı hücumçu Kriştianu Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya yatırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “SIC Notícias” nəşri məlumat yayıb.
Futbolçunun yeni biznesdəki tərəfdaşı “Grupo Ouhterinho” şirkəti olub. Şirkət də eyni məbləğdə sərmayə yatırıb. Beləliklə, layihəyə qoyulan ümumi investisiyanın həcmi 20 milyon avroya çatıb. Suyun Bragansa şəhərində çıxarılması planlaşdırılır.
Zavodun tikintisinin başa çatdırılması və brendin bazara çıxarılması 2027-ci ilin sonuna nəzərdə tutulub.
Daha əvvəl 41 yaşlı Ronaldo 2023-cü ilin yayında Madriddə təqdim olunan “Ursu9” su brendinin ortaq sahibinə çevrilmişdi.
Ronaldo milli komanda tarixində vurduğu qolların və keçirdiyi oyunların sayına görə dünya rekordçusu olaraq qalır. Onun hesabında Portuqaliya yığmasının heyətində rəsmi matçlarda vurulmuş 146 qol və 233 oyun var.
Aydın
