Xəbər lenti

Dünya 00:10 02.05.2022

Rusiya “dost olmayan ölkələrdən” iş adamlarının əmlakını müsadirə etmək istəyir

Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "dost olmayan ölkələr”dən olan iş adamlarının aktivlərinin müsadirə edilməsi təşəbbüsü ilə çıxış edib.

Qaynarinfo xəbər verir ki, spiker bu barədə "Telegram" kanalında yazıb.

Belə ki, Volodin, ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və guya "Rusiya şirkətlərinin və vətəndaşlarının dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə icazə verən” qanun layihəsinə cavab verməyi təklif edib:

"ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya şirkətləri və vətəndaşlarının dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə icazə verən qanunu qəbul edib. Təhlükəli presedent yaradılıb ki, bu da dövlətlərin özlərində bumeranq olmalıdır.

Bu qərarın ölkəmizin iqtisadiyyatına heç bir təsiri olmayacaq. Varlı vətəndaşların zəbt olunmuş yaxtaları, villaları və digər əmlakları onsuz da onun inkişafı üçün işləmir.

Rusiyanın təxminən 300 milyard dollar dəyərində qızıl-valyuta ehtiyatları da dondurulub. Qayıdacaqlar, heç yerə getməyəcəklər. Bunlar dövlət vəsaitləridir.

Mərkəzi Bank buna cavab olaraq xarici investorlara maliyyə sistemimizdən vəsait çıxarmağı qadağan etdi. Bəzi hesablamalara görə, söhbət 500 milyard dollardan çox puldan gedir. 

Bu gün rusiyalı sahibkarlar Rusiyada fəaliyyət göstərən xarici şirkətləri alır, bizim bazarı tərk etmək istəyən tərəfdaşların səhmlərini alırlar. Sivil şəkildə hərəkət edirlər, beynəlxalq hüquq əsasında...

Sadəcə olaraq oğurluqla məşğul olan Litva, Latviya, Polşa və hətta ABŞ-ın bir sıra dost olmayan ölkələri haqqında nə demək olmaz.

Bu baxımdan, Rusiya Federasiyasının ərazisində yerləşən, sahibləri bu cür qərarların qəbul edildiyi dost olmayan ölkələrdən olan iş adamlarına münasibətdə güzgü tədbirləri ilə cavab vermək düzgündür: Onların sərvətlərini müsadirə etmək.

Satışdan əldə olunan gəlir isə ölkəmizin inkişafına yönəldiləcək".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->