"Qərb Kiyevin tərəfində vuruşmaq, həmçinin Rusiya və digər MDB ölkələrində təxribat işlərində istifadə etmək üçün muzdlu əsgərlər axtarır".
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Minskdə MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 19-cu iclasında deyib.
"MDB ölkələrinin vətəndaşları və əcnəbilər arasından həm Kiyev rejiminin tərəfində, həm də digər qaynar hərbi əməliyyatlarda iştirak etmək üçün muzdluların cəlb edilməsində iştirak edən şəxslər və təşkilatların müəyyən edilməsi üzrə idarələrimizin əlaqələndirilmiş işi görünür, xüsusi əhəmiyyət kəsb edir", deyə Narışkin bildirib.
Aydın
Şərhlər