Xəbər lenti

Dünya 19:26 15.01.2024

Rusiyalı general: "Pentaqon meymun çiçəyindən biosilah kimi istifadə imkanlarını araşdırır"

Pentaqon meymun çiçəyi virusundan biosilah kimi istifadə imkanlarını öyrənir. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin (RCBD) rəisi general-leytenant İqor Kirillov deyib.

Kirillovun sözlərinə görə, Rusiya amerikalı hərbi bioloqların çiçək viruslarını və insanlar üçün patogen olan digər virusları getdikcə daha çox öyrənməyə başlamasından narahatdır.

"Biz meymun çiçəyi virusunu potensial zərərverici bioloji agent kimi qiymətləndirməkdən və çiçək viruslarının agent təqlidçilərini axtarmaqdan danışırıq", general bildirib.

O xatırladıb ki, bu virusla işləməyə yalnız ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərində və Rusiyanın "Vektor” dövlət tədqiqat mərkəzində icazə verilir.

2022-ci ilin iyul ayında Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib. Xəstəlik 80 min insanda aşkar edilib. 2023-cü ilin mayında fövqəladə vəziyyət ləğv olunub.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->