Xəbər lenti

İdman 22:35 27.04.2026

"Sabah" Premyer Liqada növbəti qələbəsini qazandı

"Sabah" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Qaynarinfo xəbər verir ki, Masazır təmsilçisi XXIX turun sonuncu matçında "Karvan-Yevlax"a qalib gəlib.

"Bank Respublika Arena"da reallaşan qarşılaşma 2:0 hesabı ilə bitib.

49-cu dəqiqədə Patrik Mbina, 55-ci dəqiqədə Aron Maluda fərqlənib.

Qonaqlardan Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydanda qovulub. Meydan sahiblərindən Aleksey İsayev 64-cü dəqiqədə qarşısında birbaşa qırmızı vərəqə görüb.

Günün ilk görüşündə "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib - 1:1.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.
--> -->