Xəbər lenti

İdman 13:16 28.09.2023

Sabiq deputat bu vəzifədə İnam Kərimovu əvəzlədi

Azərbayca Ağır Atletika Federasiyasının yeni prezidenti müəyyənləşib. 

Qaynarinfo haqqın.az-a istinadən xəbər verir ki, Azərbaycan Sənaye Korporasiyası ASC-ni baş direktoru, sabiq millət vəkili Kamran Nəbizadə federasiyanın rəhbəri seçilib.

O, bu postda Ali Məhkəmənin Sədri İnam Kərimovu əvəzləyib. Həmçinin federasiyanın vitse-prezidentləri də məüyyənləşib.

Azərbaycanın əməkdar məşqçisi, "Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov və "Silk Way Group”un vitse-prezidenti Mirsəməd Mövsümzadə vitse-prezidentlər təyin edilib.
Ətraflı

Həmçinin federasiyanın adı da dəyişdirilib. Azərbaycan Ağır Atletika Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası adlanacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->