Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti "Union Group" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki. müqavilədə Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 31 ünvanında yerləşən Bakı Slavyan Universitetinin 1 saylı yataqxanasında məskunlaşmış məcburi köçkünlərin 10 ədəd yanmış, 11 ədəd ziyan çəkmiş mənzillərinin, dəhlizlərin və pilləkən qəfəslərinin təmiri nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 226 100,5 manat təşkil edir.
"Union Group” MMC 2009-cu ildən fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, şirkətin nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 50F, mənzil 50F-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımzadə Tural Cəmşid oğludur. Tural Qasımzadə haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Ümid Abuzərli
2018-2019-cu illərdə "Union Group” MMC-nin qanuni təmsilçisi Abuzərli Ümid Tahir oğlu olub. O, Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğludur. İddialara görə, şirkət elə Tahir Kərimova məxsusdur. Bu faktı onun özü ilə dəqiqləşdirmək mümkün olmayıb.
Tahir Kərimov 2006-2011-ci illərdə Daşkəsən rayonunun, 2011-2016-cı illərdə isə Salyan rayonunun icra başçısı vəzifəsində işləyib. O, 2015-ci ildə gül-çiçək altından keçməsi ilə gündəmə gəlmişdi. Elə bu olaydan sonra da tutduğu vəzifədən azad edilib.
Seyid
Şərhlər